• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni girovluğundan məktub gəlib

Erməni girovluğundan məktub gəlib
29.05.2020 04:33
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılardan ailələrinə məktub gətirib.

ANN.Az-in anspress-ə istinadən məlumatına görə, Dilqəm Əsgərovun ailəsi bu gün artıq məktubu alıb, Şahbaz Quliyevin ailəsi isə məktubu bir neçə gündən sonra alacaq.

Dilqəm Əsgərovun qardaşı Sahib Musayevin sözlərinə görə, qardaşı məktubda yaxşı olduğunu bildirib:

"Dilqəm yazıb ki, ona dəyib-dolaşan yoxdur, salamatçılıqdır. Ona məktub ilə yanaşı isti paltar da göndərmişdik, geyimlər də çatıb. Bir də keçən dəfə məktubda bəzi ərzaqları istəmişdi. Onları da BQXK-nə tapşırdıq. Onlar da alıb aparıblar. Məktubda da sarımsaq, paxlava, çay, qənd çatdırıldığını yazıb. Bizə onun istədiklərini burdan alıb göndərməyə icazə verilmir. Ona görə də istədiklərini BQXK-sı özü alır", - deyə Sahib Musayev vurğulayıb.

Girovun qardaşının sözlərinə görə, məktubun bir çox hissəsinin yazıları qaralanıb. O, deyib ki, uzun müddətdir ki, belə bir hal olmurdu.

Bu ilin dekabrın 4-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. "BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək", - deyə İlahə Hüseynova əlavə edib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən ilin iyulunda girov götürülüb, dekabr ayında isə üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol