• $
  • €
  • ₽
  • ₺
  • £

YAP Eldar Sabiroğlunun müstəntiq oğlunun açıqlamalarına münasibət bildirib

YAP Eldar Sabiroğlunun müstəntiq oğlunun açıqlamalarına münasibət bildirib
21.12.2015 15:14
Eldar Sabiroğlunun da, Rüfət Səfərovun da səsləndirdiyi fikirlərdən aydın olur ki, bu, ailə münaqişəsi zəmnində baş vermiş və kritik məqamda səsləndirilmiş fikirlərdir. YAP tərəfindən ailə münaqişəsi zəminində baş vermiş hadisəyə müdaxilə etməyə əsas görmürəm”.
 
Bunu APA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev YAP-ın qurucularından olan partiya üzvü Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun prokurorluq orqanlarında istefa verməsi və hakimiyyət əleyhinə fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.
 
O, bu fikirlərin YAP-a aidiyyəti olmadığını vurğulayıb: "Hesab edirəm ki, vətəndaşın hər hansı vəziyyətdə etdiyi çıxışlar, verdiyi bəyanatların ölkənin siyasi gündəminə, eləcə də Yeni Azərbaycan Partiyasına heç bir aidiyyəti yoxdur. Bəyanatı verən şəxsin atası YAP sıralarında olub, müvəqqəti fəaliyyətini dayandırdıqdan sonra yenidən partiyada fəaliyyətini bərpa edib. YAP-da təmsil olunan Eldar Sabiroğlunun oğlu tərəfindən belə bəyanatların səsləndirilməsi sadəcə olaraq, onun ailə tərbiyəsindən irəli gəlir”.
 
H. Paşayev qeyd edib ki, R. Səfərovun səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: "Ola bilsin ki, iş yerində hansısa problemlə üzləşib, ya da ailə daxilində yaranmış problemlə bağlı düşdüyü vəziyyətdən asılı olaraq belə bəyanatla çıxış edib”.
 
Xatırladaq ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan R. Səfərov istefa ərizəsi ilə Baş prokurora müraciət edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol