• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Sarkisyanın çıxışı hərbi diktatura rejimləri üçün xarakterikdir

XİN: Sarkisyanın çıxışı hərbi diktatura rejimləri üçün xarakterikdir
22.12.2015 16:46
"Bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür”.

Ermənistan rəhbərliyinin yalnız hərbi avantüra və ritorikadan ibarət olan çıxışı hərbi diktatura rejimləri üçün xarakter xüsusiyyətdir.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şurasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onu sözlərinə görə, hətta çıxışda Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının digər üzv dövlətlərinə qarşı da əsassız ittihamlar sürülür. Bu, Ermənistanın hərbi diktatura rejiminin əsl mahiyyətini, onun rəhbərliyində olan şəxslərin səhra komandiri təfəkkürünə malik olmasının əyani göstəricisidir.

H. Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Ermənistan istisna olmaqla, KTMT-nın bütün üzv dövlətləri ilə strateji tərəfdaşlıq səviyyəsində siyasi, iqtisadi, hərbi-texniki, müdafiə və humanitar əməkdaşlığı var, birgə səylərlə ikitərəfli əsasda bu əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün potensial imkanlardan istifadə olunur.

"Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq, "iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər.

Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və hətta Kollektiv Təhlükəsizliyə dair Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Ermənistan tərəfindən hərbi gücdən istifadə olunmaqla, Azərbaycana qarşı hərbi təcavüz törədilib və ölkəmizin ərazilərinin 20 faizi işğal edilib.

Ermənistan silahlı qüvvələrinin qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Buna görə də bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür”, - deyə Hikmət Hacıyev bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol