• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Hüseynli: “Smitin layihəsi qəbul olunsa, biz də paralel addım atacağıq”

Əli Hüseynli: “Smitin layihəsi qəbul olunsa, biz də paralel addım atacağıq”
24.12.2015 13:03
"Əgər ABŞ-da müvafiq komitədə, daha sonra isə konqresdə Kristofer Smitin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa, biz də paralel addım atacağıq. Əminəm ki, Milli Məclis üzvləri də bu addımları dəstəkləyəcək”.
 
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.
 
Əli Hüseynli bildirib ki, ABŞ-la bağlı hazırlanan layihənin müəllifi Rövşən Rzayev "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü  kimi bu addımı atıb: "Eyni zamanda Rövşən Rzayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavinidir. Biz komitə olaraq onun bu addımını dəstəkləyirik. Çünki son dövrlər ABŞ da bəzi dairələrin, erməni lobbisinin təsiri altında olan konqresmenlərin fəaliyyəti daha da aktivləşib. Azərbaycan prezidenti Qarabağ problemin həlli istiqamətində çox ciddi addımlar atır, ordumuzun cəbhə bölgəsində ciddi uğurları var. Təəssüflər olsun ki, belə bir vaxtda erməni lobbisinin, ABŞ-dakı bir sıra dairələrin təsiri altında Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşı olmaması barədə fikir yaradılır və bu qəsdən edilir. Yəni fikir formalaşdırmaq istəyirlər ki, Dağlıq Qarabağda ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, çünki Azərbaycanda insan haqları pozulur”.
 
Komitə sədri qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdə, xüsusilə müsəlman əhaliyə qarşı həyata keçirdiyi siyasət 21-ci əsrdə insan haqlarının kütləvi pozulmasına gətirib çıxarıb: "Belə olan halda ABŞ Dağlıq Qarabağın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqların müdafiə edilməsi ilə necə məşğul ola bilər”?

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol