• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan ABŞ-la münasibətlərin gərginləşməsinin tərəfdarı deyil”

“Azərbaycan ABŞ-la münasibətlərin gərginləşməsinin tərəfdarı deyil”
24.12.2015 15:41
Əli Əhmədov: "ABŞ tərəfindən anti-Azərbaycan xarakterli addım atılmayacaqsa, Azərbaycan tərəfindən də müvafiq addımlara heç bir ehtiyac qalmayacaq”

"ABŞ-la münasibətlərin dayandırılması haqqında Milli Məclis üzvlərinin fikirləri ABŞ-dakı bəzi insanların, bəzi dairələrin anti-Azərbaycan mövqeyinə Azərbaycanın məcburi reaksiyasıdır”.
 
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan ABŞ-la münasibətlərin gərginləşməsinin tərəfdarı deyil: "Bir sıra sahələrdə ABŞ-la əməkdaşlıq edirik. Amma təəssüflə qeyd etməliyəm ki, ABŞ-dakı bəzi dairələr və bəzi vəzifəli insanlar var ki, Azərbaycanla münasibətlərin pisləşməsi üçün əllərindən gələni edirlər. Hətta Azərbaycana və bəzi vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini hazırlayıb, Konqresə təqdim ediblər. Hələ bilmirik, Konqres qanun layihəsinə necə münasibət sərgiləyəcək. Amma belə bir təşəbbüsün irəli sürülməsi ortadadır”. 
 
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan vətəndaşları, o cümlədən Milli Məclisin üzvləri də bu anti-Azərbaycan hərəkətinə qarşı öz fikirlərini səsləndirirlər: "Bu fikirlərin müəyyən hissəsi ABŞ-a qarşı adekvat addımların atılmasını özündə ehtiva edir. Mən güman edirəm ki, ABŞ-da Azərbaycana qarşı bəzi dairələr tərəfindən sərgilənən anti-Azərbaycan meyli aradan qaldırılacaq. Biz bunu arzu edirik. Əgər ABŞ tərəfindən belə bir anti-Azərbaycan meyli özünü açıq şəkildə göstərməyəcəksə, Azərbaycan tərəfindən də müvafiq addımların atılmasına heç bir ehtiyac qalmayacaq. Bir daha qeyd edirəm ki, Azərbaycanda bəzi millət vəkilləri tərəfindən belə təklifin irəli sürülməsi sadəcə olaraq, ABŞ-da bəzi dairələrin anti-Azərbaycan mövqeyinə reaksiyadır”

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol