• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: “Televiziya təkcə biznes sahəsi deyil"

Əli Həsənov: “Televiziya təkcə biznes sahəsi deyil"
30.12.2015 17:56
"Dinamik inkişaf edən, müasirləşən, mili dəyərlərə sadiq Azərbaycan bu günün reallığıdır”.
 
APA-nın məlumatına görə, bunu "Xəzər" TV-nin yeni binasının açılışında Azərbaycanın prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov deyib.
 
Ə.  Həsənov qeyd edib ki, "Xəzər" TV-nin inzibati binası son illər Azərbaycanda həyata keçirilən quruculuq meyarlarına, müasir televiziyanın bütün tələblərinə cavab verir:  "Bu gün Bakı şəhərini müasirləşdirən, gözəlləşdirən və dünyanın inkişaf etmiş paytaxtları ilə bir cərgəyə çıxaran genişmiqyaslı işlərin memarı prezident İlham Əliyevdir. Bizim bütün nailiyyətlərimizin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurla davam etdirilməsi amili durur”.
 
Ə. Həsənov bildirib ki, televiziya milli mənəvi dəyərlərə, ailə tərbiyəsinə üstünlük verməlidir: "Televiziyaya təkcə biznes sahəsi kimi baxmaq lazım deyil, televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar. Televiziya ən nümunəvi ziyalını, məmuru ekrana çıxarmalıdır ki, xalqımızı doğru yola istiqamətləndirsin, onun obyektiv informasiyaya olan ehtiyacını ödəsin. "Xəzər" TV digər çoxsaylı televiziya kanalları ilə birgə Azərbaycanda yeni ənənə formalaşdırmalıdır. Hər birimizin amalı bundan sonra həyatımızda yaxşı nümunələri inkişaf etdirmək olmalıdır”.
 
Ə. Həsənov Azərbaycanda mili dəyərlərin, xalqımızın adət-ənənələrin bərqərar olduğunu vurğulayıb: "Televiziya bu ənənələrin yaşamasına öz dəyərli töhfəsini verməli, onları daha da zənginləşdirməlidir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol