• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ əleyhinə qanun layihəsi MM Aparatına təqdim olundu

ABŞ əleyhinə qanun layihəsi MM Aparatına təqdim olundu
07.01.2016 15:59
"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi Milli Məclis Aparatına təqdim olunub.

Bu barədə "Report”a layihənin müəllifi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev məlumat verib. 

O bildirib ki, layihə, artıq Milli Məclis Aparatında qeydiyyatına alınıb.

R.Rzayev deyib ki, bu layihənin Azərbaycan-ABŞ hökumətlərarası münasibətlərə aidiyyəti yoxdur.

"Qanun layihəsinin təqdimatı zamanı da dedim ki, hökumətlərarası münasibətlər yüksək səviyyədədir. ABŞ və Azərbaycanın parlamentariləri dövlətlərin müsbət münasibətlərinin qarşılıqlı maraqlar çərçivəsində inkişafına öz töhfələrini verməlidirlər. Mənə elə gəlir ki, hökumətlərarası münasibətlər mütəmadi olaraq inkişaf edəcək. Parlamentarilər də addım atarkən düşünməlidirlər. 

ABŞ Konqresinin üzvü Kris Smitin hazırladığı və Azərbaycana sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi qəbul edilərsə Dağlıq Qarabağ probleminin həllində, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında çox böyük əngəllərə gətirib çıxara bilər. 

ABŞ-da yaşayan ermənilər bu kimi layihələrin həyata keçməsində çox maraqlıdırlar. Çünki son nəticədə onlar Ermənistanın işğalçı siyasətinə dəstəklərini verirlər. Ermənilər Azərbaycana zərbə vurmağa çalışırlar”, - deyə R.Rzayev bildirib.

Komitə sədrinin müavini ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsini də şərh edib.

"Azərbaycan Prezidentinin ABŞ Prezidenti ilə işgüzar münasibətləri yüksək səviyyədədir və artan xəttlə gedir. Düşünürəm, bundan sonra da belə olacaq. Amma mən sadaladığım səbəblərə görə birmənalı olaraq, öz mövqeyimdə qalıram”, - deyə R.Rzayev bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol