• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: “İqtidar-müxalifət dialoqu davam etdiriləcək”

Siyavuş Novruzov: “İqtidar-müxalifət dialoqu davam etdiriləcək”
12.01.2016 19:00
Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov deyib.
 
S. Novruzov neftin qiymətinin düşməsi, manatın məzənnəsinin dəyişməsinə münasibət bildirərək deyib ki, hazırda Azərbaycanda iqtisadi böhran yoxdur: "Azərbaycanda iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı var. Cənab prezident bir neçə gün bundan qabaq geniş müşavirə keçirdi, 2015-ci ilin yekunlarına qiymət verdi, Azərbaycanın iqtisadi artımı, qeyri-neft sektoru inkişafı ilə bağlı fikirlərini bildirdi. Həmçinin, beynəlxalq siyasət, neftin qiymətinin geosiyasi amillərlə aşağı salınması və digər məsələlərə qiymət verdi. Eləcə də, 2016-cı illə bağlı tapşırıq və tövsiyələrini verdi. Həm kənd təsərrüfatının, həm sənayenin inkişafı, həm yerli icra hakimiyyətləri tərəfindən emal müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, vergi sistemində islahatlarla bağlı da öz fikrini açıqladı. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar müəyyən kreditlərin qaytarılması, əmək haqları, pensiyalardır ki, bununla bağlı da cənab prezident göstərişlərini verdi. Əmək haqları və pensiyaların artırılmasının, sosial müavinətlərin artırılmaıs ilə bağlı təklif verilməsini də hökumətə tapşırdı”.
 
Onun sözlərinə görə, bu gün müxalifət partiyalarında ölkə başçısının fikirlərinə alternativ layihə təqdim etmək potensialı yoxdur: "Ancaq kiminsə layihəsi varsa, təbii ki, fikirlərini yazılı şəkildə təqdim edə bilər. Hər hansı siyasi partiya istənilən sahə üzrə təklif və layihələrini təqdim edə bilər. Əslində siyasi partiyaların funksiyası dövlətə alternativ təkliflərin verilməsindən ibarətdir. Bu baxımdan burada qəbahət yoxdur, təkliflər verilə bilər”.
 
S. Novruzov xatırladıb ki, Azərbaycanda iqtidar-müxalifət arasında dialoq var və bu proses davam etdiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol