• $
  • €
  • ₽
  • ₺
  • £

​İlham Əliyev Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti ilə görüşüb

​İlham Əliyev Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti ilə görüşüb
20.01.2016 22:04
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.
 
"Report" xəbər verir ki, İlham Əliyev Azərbaycan ilə "Lazard Avropa” şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.
 
Dövlət başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
 
"Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan "Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas bildirib ki, Azərbaycan yüksək reytinqə malikdir. O qeyd edib ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir. Söhbət zamanı Azərbaycan ilə "Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edilib, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol