• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: Korrupsiya ilə məşğul olanlar ciddi şəkildə cəzalanacaq

Siyavuş Novruzov: Korrupsiya ilə məşğul olanlar ciddi şəkildə cəzalanacaq
27.01.2016 15:10
Azərbaycanda ötən illər ərzində korrupsiya və rüşvətxorluğa qarşı ciddi şəkildə mübarizə aparılıb və bu məsələ bu gün də diqqət mərkəzindədir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, aparılan işlər nəticəsində ölkədə korrupsiya və rüşvətxorluq halları xeyli dərəcədə azalıb: "Hər kəs qanun qarşısında bərabərdir. Kimsə qanunu pozacaqsa, korrupsiya, rüşvətxorluqla məşğul olacaqsa, onlar ciddi şəkildə cəzalanacaqlar”.

S.Novruzov bildirib ki, Prezident sahibkarlığın inkişafı ilə bağlı ciddi tapşırıqlar verdi: "Sahibkarların regionda sahibkarlıq fəaliyyətinə bəzi icra başçıları tərəfindən onlara şərait yaratmaq əvəzinə, maneələr yaradılırdı. Təbii ki, bu, hamısına deyil, bəzi məmurlara aiddir. Bu baxımdan göstəriş verildi ki, sahibkarlara şərait yaradılsın, istifadə olunmayan torpaqlardan ciddi şəkildə istifadə olunsun. Hər bir istehsal sahəsi haqqında Prezident İlham Əliyev göstəriş verdi ki, nəinki daxili bazarı təmin etməliyik, həm də ixrac etməliyik”.

S.Novruzov deyib ki, Azərbaycanda neftdən gələn gəlirlər hesabına xeyli sayda işlər görülüb: "Çoxlu sayda yeni məktəblər, xəstəxanalar tikilib, elektrik stansiyaları istifadəyə verilib ki, bu da Azərbaycana nəinki özünü tam elektrik enerjisi ilə təmin etmək, başqa ölkələrə satmaq imkanı da verib. O cümlədən, infrastuktur layihələri həyata keçirilib, yeni yollar, körpülər tikilib və digər sahələrdə böyük işlər görülüb. Bundan sonra daxili bazarın gücləndirilməsinə, yerli məhsulların yüksək keyfiyyətlə istehsal olunmasına, daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara ixrac olunmasına diqqət artırılmalıdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol