• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Seyidov haqqındakı iddialara münasibət bildirdi

Səməd Seyidov haqqındakı iddialara münasibət bildirdi
01.02.2016 13:02


"Mənim Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmağım barədə məlumatlar həqiqəti əks etdirmir".
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
 
S. Seyidov bildirib ki, onun AŞPA-ya məktub yazdığı və erməni tərəfinin sessiya vaxtı guya bu məktubdan istifadə etməsi barədə xəbərlər də əsassızdır.
 
O, nümayəndə heyətinin rəhbəri kimi səlahiyyətlərini davam etdirdiyini, AŞPA-nın qış sessiyasında isə yalnız səhhətində yaranmış problemlərə görə iştirak edə bilmədiyini qeyd edib.
 
Qeyd edək ki,  S. Seyidovun Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması barədə haqqin.az məlumat yayıb. Məlumatda bildirilirdi ki,  Robert Uolterin "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsinin müzakirəsinə bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.
 
Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.
 
Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.
 
Bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol