• $
  • €
  • ₽
  • ₺
  • £

Daniel Bayer: “Status-kvo” qəbuledilməzdir

Daniel Bayer: “Status-kvo” qəbuledilməzdir
11.02.2016 21:16
ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri, BMT Nizamnaməsi və Helsinki yekun aktı əsasında danışıqlar yolu ilə həllinə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcək.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın ATƏT yanındakı Daimi Nümayəndəliyinin rəhbəri Daniel Bayer ATƏT Daimi Şurasında çıxışı zamanı deyib.
 
O, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının son bir neçə ayda artdığını təəssüflə qeyd edib: 

"ABŞ ATƏT-in Minsk qrupunun məsələ ilə bağlı narahatlığını bölüşür və dinc əhalinin xəsarət almasına səbəb olan minaatan və digər ağır texnikadan istifadəni pisləyir. Biz həmsədrlərin tərəflərə tezliklə zorakılığın azaldılması və insanların müdafiəsinə yönələn addımların atılması ilə bağlı çağırışına dəstək veririk. "Status-kvo” dözülməz və qəbuledilməzdir.

 Biz tərəflərə bir daha deyirik ki, münaqişəsinin hərb yolu ilə həlli ola bilməz. Birləşmiş Ştatları həmsədrlərin Ermənistan və Azərbaycan prezidentləri arasında dialoqun intensivləşməsinə təkan verən və sülh yolu ilə münaqişənin həlli prosesində irəliləyiş əldə etmək üçün strukturlu danışıqlar aparmaqla bağlı səylərini dəstəkləyir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol