• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

Londonda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
21.02.2016 11:30
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Londonda yürüş-mitinq keçirilib. Modern.az saytı xəbər verir ki, yağışlı hava şəraitinə baxmayaraq bir neçə saat davam edən yürüş-mitinqdə Britaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaçı, xarici tələbələr də iştirak edib.  

Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, "Xocalıya ədalət!”, "Rədd olsun erməni terrorizmi!”, "Biz ədalət tələb edirik”, "Biz sülh istəyirik”, "Sarkisyan terrorçudur”, "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.   Trafalqar meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.  

Yoldan keçərkən aksiyanı görən və soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçiləri həmvətənlərimizə dəstək olduqlarını bildiriblər.   Aksiya Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.    

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol