• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan silah idxalına görə Avropada birinci oldu

Azərbaycan silah idxalına görə Avropada birinci oldu
29.05.2020 11:31
2006-2010 və 2011-2015-ci illərdə Avropa dövlətlərinin silah idxalı 41% azalaraq, dünya silah idxalının cəmi 11%-ni təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmalar Mərkəzi (Stockholm International Peace Research Institute – SIPRI) beynəlxalq silahlanma və hərbi texnika bazarının vəziyyəti haqqında növbəti fevral məruzəsində qeyd olunub.

Bildirilir ki, Avropada silah idxalı həcminin azalmasına Yunanıstan və İspaniya kimi dövlətlərdə iqtisadi vəziyyət təsir göstərir.

2006-2010 və 2011-15-ci illərdə silah idxalına görə Avropa lideri isə Azərbaycan olub. Qeyd olunan dövrdə silah idxalını 217% artıran Azərbaycan qitənin ən böyük idxalçısına çevrilib.

Bu göstərici üzrə ikinci yerdə isə 2006-2010-cu illərlə müqayisədə idxalı 17% azaldan Böyük Britaniya qərarlaşıb.

SİPRİ həmçinin qeyd edir ki, 2011-2015-ci illər üzrə Azərbaycan dünyada ən böyük silah idxalçılarının siyasında 19-cu yeri tutub və həmin dövrdə dünya silah tədarükünün 1,5%-i ölkəmizin payına düşüb.

Təşkilatın hesabatına əsasən, 2011-2015-ci illərdə Azərbaycan Rusiyadan  S-300PMU-2 hava hücumundan müdafiə sistemi üçün 200 ədəd 48N6E2 tipli raket, 24 ədəd Mi-35M zərbə helikopteri, 66 ədəd Mi-8MT/Mi-17 nəqliyyat helikopteri, 2 divizion S-300PMU-2, 18 ədəd 2S19 MSTA-S özüyeriyən haubitsa, 18 ədəd 2S31 "Vena” özüyeriyən minaatan, 18 ədəd BM-31 "SMERÇ” reaktiv yaylım atəş sistemi (RYAS), 100 ədəd BMP-3 piyadaların döyüş maşını, 1000 ədəd İqla-S raketi və bu raketin buraxılması üçün 200 ədəd qurğu,  100 ədəd T-90S tankı, 18 ədəd TOS-1 RYAS, 2 divizon Buk-1M hava hücumundan müdafiə sistemi, Buk-1M üçün 100 ədəd 9M317 raketi, Buk-1M üçün 100 ədəd 9M38 raketi alınıb.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol