• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhani: "Üçüncü ölkənin iki xalqın əlaqələrinə problem yaratmasına imkan verməyəcəyik"

Ruhani: "Üçüncü ölkənin iki xalqın əlaqələrinə problem yaratmasına imkan verməyəcəyik"
23.02.2016 22:16
"Bizi müştərək tarix, mədəniyyət, məzhəb və din birləşdirir”

"İran və Azərbaycan xalqı iki bədəndə bir ruhdur. Bizi müştərək tarix, mədəniyyət, məzhəb və din birləşdirir”.
 
APA-nın məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani Tehranda prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Xəzər sülh və dostluq dənizidir: "Əsrlər boyu bu dənizin ətrafındakı xalqlar birgə yaşayıblar və bu gün dənizin potensialından xalqlar bəhrələnməlidir”.
 
H. Ruhani qeyd edib ki, İran və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıqda maraqlıdır: "İran regionda sülh və dostluğun dəstəkliyicisidir və lazım olsa, bu sahədə hər cür yardım etməyə hazırıq. Bu gün regionda böyük  problemlər yaşanmaqdadır. Radikalizm və terrorizm regionda böyük  problemlərdir və bu problemlərlə mübarizə aparmaq lazımdır. Biz regionda sülh və dostluğun hökm sürməsini istəyirik. İran və Azərbaycan bir-biri ilə səmimi və yaxın əlaqələr qurmaq niyyətindədir və açıq şəkildə elan edirik ki, üçüncü ölkənin iki xalqın əlaqələrinə problem yaratmasına imkan verməyəcəyik. İran bölgə ölkələri ilə birlik, qardaşlıq və dostluq yolunu davam etdirir”.
 
H. Ruhani İranın dinc məqsədli nüvə proqramı hüququnu beynəlxalq qurumlarda dəstəklədiyi üçün Azərbaycana təşəkkür edib və deyib ki, İran beynəlxalq qurumlarda həmişə Azərbaycanın hüquqlarını dəstəkləyir: "Bütün ölkələr sülhyönümlü nüvə texnologiyasından istifadə edə bilər və icazə verməməliyik ki, bəzi ölkələr bu texnologiyanı öz inhisarında saxlasın. Düşünürük ki, sanksiyalar kimi paslanmış silahlar daha işləməz və dünyada sülh, sabitlik və inkişaf əl-ələ verməlidir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol