• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənilər real faktları gizlədirlər

XİN: Ermənilər real faktları gizlədirlər
02.03.2016 13:45
"Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlər həyata keçirən xarici vətəndaşların, hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması gündəlikdədir”.
 
APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib.
 
O bildirib ki, Respublika Baş Prokurorluğu və digər hüquq-mühafizə orqanları ilə birgə müvafiq işlər aparılır: "Belə bir fakt var ki, İsveçrə şirkətlərindən birinin sahibi Frank Müller barəsində cinayət işi başlanıb. Əvvəlcə o şəxsin vətəndaşı olduğu ölkəyə müraciət edilib. Onun qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün effektiv tədbir görülmədiyindən Azərbaycanın milli qanunvericiliyi əsasında cinayət işi açılıb".
 
H. Hacıyevin sözlərinə görə, ATƏT-in həmin ərazilərdə təşkil etdiyi faktaraşdırıcı missiyasının bəyanatda deyilir ki, bu cür qeyri-qanuni fəaliyyətlər münaqişənin həllinə ciddi maneə törədir: "Təkzibolunmaz faktlarının nəticələrinin aradan qaldırılması üçün təsiredici addımlar atılmayıb. Bu xüsusi müzakirə mövzusudur. Həmsədrlər münaqişənin həllində bilavasitə vasitəçi olduqları üçün onlar tərəfindın də müvafiq addımlar atılmalıdır. Onu da qeyd edim ki, bu kimi missiyalarla bağlı ermənilər tərəfindən ciddi maneələr yaradılır”.
 
H. Hacıyev bildirib ki, işğal altında olan ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər, əsasən, erməni diasporu ilə əlaqəsi olan və erməni əslli şəxslər tərəfindən həyata keçirilir: "Amma qazanc məqsədi ilə bu işlə məşğul olan xarici vətəndaşlar da var. Bununla yanaşı, humanitar missiya adı altında vergidən azad olan şəxslər həmin ərazilərdə müxtəlif infrastruktur layihələr həyata keçirirlər. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri bu layihələrə cəlb olunduğu halda, biz bu məsələni onların vətəndaşı olduğu ölkə ilə hökumətlərarası komissiyaların iclasında da qaldırırıq”.
 
XİN sözçüsü Suriya böhranı başlayandan erməni mənşəli suriyalıların işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırıldığını da deyib: "15-20 min suriyalı qaçqının işğal altındakı ərazilərimizdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var. Ermənilər isə bununla bağlı real faktları gizlədirlər”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol