• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya mətbuatı: Azərbaycan Qarabağı bir neçə günə alacaq

Rusiya mətbuatı: Azərbaycan Qarabağı bir neçə günə alacaq
04.03.2016 11:50
Rusiya baş nazirinin müavini, Dmitri Roqozinin Bakıya səfəri Rusiya KİV və hərbi ekspertlərin diqqətini çəkib.

Oxu.Az xəbər verir ki, "Komersant” qəzeti Roqozinin Bakıya səfərinin silah borcu ilə əlaqədar olduğunu yazırdı. Amma qeyri-rəsmi məlumata görə, səfər zamanı Roqozinin müzakirə etdiyi məsələlərin çevrəsi daha geniş olub.

Tərəflərin həm hərbi-texniki əməkdaşlıqla bağlı danışmasını Roqozinin Azərbaycan rəhbərliyi ilə görüşdən sonra Tviterdəki yazıları təsdiqləyir.

"Bakıya səfərin əsas yekunu: tərəflər hərbi texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiqlədilər”.

"Russkaya planeta” portalı Roqozinin səfərini bu kontekstdə təhlil edərək yazır ki, 2011-2014-cü illər ərzində Azərbaycan Rusiyadan cəmi 4 milyard dollarlıq silah və texnika sifariş verib. Bura S-300 PMU-2 "Favorit” zenit-raket komplekslərindən tutmuş T-90S tanklarına, "Smerç” reaktiv yaylım atəşi sistemlərinə qədər bir çox hücum silahları daxildir.

Portal qeyd edir ki, Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər. Portal qeyd edir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən 13 dəfə artıqdır.

Ermənistanın səfil gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyətinin səviyyəsini aşağı salır.

"GlobalFirePower” reytinqində Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir.

Ermənistan bütün hərbi göstəricilər üzrə Azərbaycandan xeyli geri qalır. "Azərbaycanın ordusunu gücləndirməsi, şübhəsiz ki, Qarabağda müharibəyə hazırlıqdır. Azərbaycan ən azından Qarabağı geri qaytarmaq istəyir” - internet nəşr yazır.

Portal hərbi ekspertlərin Ermənistanın Azərbaycanın silahlı qüvvələrinin zərbələri qarşısında dözə bilməyəcəyinə dair fikirlərindən sitat gətirir.

"Bakını hücumdan ancaq Rusiya qorxusu çəkindirir. Ancaq Moskvanın Ermənistanı müdafiə etməsi asan olmayacaq. Çünki Ermənistanla birbaşa sərhədi yoxdur”.

Gürcüstan isə quru qoşunlarına dəhliz verməyəcək, bu halda Rusiya ancaq desant əməliyyatları, havadan dəstək və Xəzərdən zərbələrlə kifayətlənməli olacaq. Ancaq bu vəziyyəti dəyişməyə kömək edəcəkmi, demək çətindir.  

Əgər Türkiyə də dəstək versə və Gürcüstan neytral qalsa, Azərbaycan ən azı Qarabağı bir neçə günə tutacaq. Rusiyanın isə variantları çox deyil. Ona görə də indidən Bakıdan qarantiya almaq lazımdır ki, müharibəyə başlamasın. Əks halda Azərbaycan rus silahları ilə erməniləri öldürəcək”, - nəşr yazır.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol