• $
  • €
  • ₽
  • ₺
  • £

PA nümayəndəsindən NATO sammiti ilə bağlı AÇIQLAMA

PA nümayəndəsindən NATO sammiti ilə bağlı AÇIQLAMA
07.03.2016 12:20
Rumıniyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda "NATO-nun 2016 Varşava sammiti: imkanlar və gözləntilər” adlı beynəlxalq konfrans keçirilib.
 
APA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, Azərbaycanın avroatlantik institutlarla əməkdaşlığı təhlükəsizliyin təmin olunması, demokratiyanın möhkəmlənməsinə yönəlib və prioritet təşkil edir. O qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malik olduğu üçün regional və avroatlantik təhlükəsizliyin möhkəmlənməsində xüsusi rola malikdir. 
 
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bu cür tədbirin Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Səfirin sözlərinə görə, Azərbaycanın müstəqilliyini ikinci  tanıyan ölkə olaraq Rumıniya Azərbaycanın Avropa və avroatlantik institutlarla əlaqələrinin möhkəmləndirilməsini fəal şəkildə dəstəkləyir: "NATO və Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir və strateji dəyərə malikdir. NATO-Azərbaycan tərəfdaşlığı aktiv siyasi dialoqa və mühüm praktiki əməkdaşlığa əsaslanır”.
 
Diplomat qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır: "Şimali Atlantika alyansı və Azərbaycan arasında sıx əməkdaşlıq geniş Qara dəniz-Xəzər dənizi regionunda stabillik və təhlükəsizlik üçün çox faydalıdır”.
                       
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Elmar Hüseynov NATO-Azərbaycan əməkdaşlığının perspektivləri baxımından bu tipli tədbirlərin vacib rol oynadığını söyləyib: "Bu gün əminlikdə deyə bilərik Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biridir”. 
 
E. Hüseynov həlli uzanmış münaqişələrin qlobal təhlükəsizliyə təhdid təşkil etdiyini deyib: "NATO-nun öz sammitlərində və yekun bəyannamələrində Azərbaycanın suverenliyinə verdiyi dəstək xüsusi əhəmiyyət kəsb edir. Varşava sammitindən isə əsas gözləntimiz yenə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətdə bu birmənalı dəstəyin davam etdirilməsidir”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol