• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Əzimov Suriyadan danışdı

Araz Əzimov Suriyadan danışdı
07.03.2016 18:53
Suriya ilə bağlı Azərbaycanın mövqeyi nə Rusiya, nə də İranın mövqeyinə yaxın deyil. Mən belə hesab etmirəm. Ümumiyyətlə, Suriyada vəziyyət qəliz, gərgin və birmənalı deyil.

Bu fikri ANS TV-nin "Hesabat” verilişində Mir Şahinin qonağı olmuş xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.  

"Azərbaycanın Suriya ilə bağlı mövqeyi bir neçə prinsipə əsaslanır. Birincisi, prinsip olaraq Suriyanın ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycan üçün bu ən vacib elementlərdən biridir. İkincisi, orada əmin-amanlıq və bütün tərəflərin iştirakı ilə siyasi proses təmin olunmalıdır”, - deyə A.Əzimov bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə bu cür siyasi prosesin aparılması mümkün deyil. Məhz  ona görə də atəşkəsin əldə olunması vacib nəticə hesab olunmalıdır. 

"Suriya bizə qardaş ölkə olan olan Türkiyə ilə qonşu ölkə olduğuna görə, Türkiyə sərhədlərinin təhlükəsizliyi də bizim üçün çox vacibdir”, - deyə A.Əzimov bildirib. 

"Bəşər Əsəd getməlidir, ya qalmalıdır?” sualına A.Əzimov qeyd etdi ki, bu sualı sadələşdirmək olmaz. 

"Bir neçə il bundan qabaq Bəşər Əsədin getməyi nəzərdə tutulurdusa da, o hələ də artıq neçə ildir hakimiyyətdə qalır və bir tərəfdən öz siyasi iradəsini göstərir, digər tərəfdən isə bir rəhbər kimi qüvvəsini göstərir. Suriyada vəziyyət hazırda elədir ki, onun getməsi vəziyyəti həll etməz”, - deyə A.Əzimov vurğulayıb

"Bəşər Əsədi dəstəkləyən qüvvələr var, ordu var. Ölkənin bütün cəmiyyəti ona qarşıdır demək də olmaz”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol