• $
  • €
  • ₽
  • ₺
  • £

IV Qlobal Bakı Forumu başa çatdı

IV Qlobal Bakı Forumu başa çatdı
11.03.2016 21:16
 IV Qlobal Bakı Forumu çərçivəsində "Yekun Plenar Sessiya: XXI əsrdə qurulmaqda olan çoxqütblü dünyanın münaqişələrindən necə yan keçməli?” mövzusunda son panel keçirilib.
 
APA-nın məlumatına görə, panelin aparıcısı Kanadanın sabiq baş naziri Jan Kretyen bildirib ki, forum çox maraqlı və məhsuldar keçib: "Burada edilən çağırışlar, söylənən fikirlər əhəmiyyətli oldu”.
 
İSESCO-nun baş katibi Əbdüləziz Əl-Tüveycri isə forumda müzakirə olunan mövzulara, xüsusilə Suriya məsələsinə münasibətini bildirib. O, problemin yaranmasının səbəbkarı kimi Rusiya və İranı göstərib: "Axı Rusiya və İrana kim səlahiyyət verib ki, öz hərbçiləri ilə Suriyada diktator rejimi dəstəkləyir?! Orada faktiki olaraq diktatura hökm sürür və insanlar o rejimi istəmədikləri üçün ölkəsindən didərgin düşüblər. Biz İran və Rusiyadan bunu soruşmalıyıq. İran istəyir ki, Orta Şərqdə üstünlük əldə etsin və Rusiya da ona dəstək verir. Rusiya inqilabçılara yox, inqilaba zidd gedənlərə dəstək verir. Axı İŞİD nədir ki, onu məhv etmək mümkün deyil?! Ona dəstək verirlər. Bütün bu problemlərin yaranmasında əsas günahkar Rusiya və İrandır”.
 
Öz növbəsində Bolqarıstanın keçmiş prezidenti Petr Stoyanov forumun yüksək səviyyədə təşkili üçün Azərbaycan prezidentinə, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, Forumda aparılan dialoqlar davamlı və daha güclü olmalıdır: "Çünki dünya hazırda yaşanan münaqişələr, dini qarşıdurmalar fonunda bu olduqca vacibdir. İnsanlar bu gün yaxşı həyat axtarışındadır və biz bunu düşünməliyik. İslam və xristian dünyası arasında bölünməz dostluq bu problemləri kökündən həll edəcək”.
 
Bosniya və Herseqovinanın Prezident Şurasının serbiyalı üzvü Mladen İvaniç isə forumda miqrantlarla bağlı aparılan dialoqa diqqət çəkib. O qeyd edib ki, Avropada miqrantlara qarşı bir qorxu yaranıb, bu üzdən dövlətlər sərhədləri bağlayır: "Amma bu, problemdən çıxış yolu deyil”. O bu problemin həllinə Rusiyanı da cəlb etməyi təklif edib. İvaniç eyni zamanda miqrantlar probleminin həlli ilə bağlı ayrıca Nobel mükafatının təsis edilməsi təklifi irəli sürüb.
 
Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Frayberqa isə forumu yüksək dəyərləndirib və növbəti ildə də belə bir forumun gözlənildiyini deyib. Sabiq prezident forumda müzakirə olunan Suriya məsələsinə də toxunaraq İŞİD üzvlərini vəhşi heyvan adlandırıb.
 
Panel müzakirələri yekunlaşıb.
 
Bununla da IV Qlobal Bakı Forumu başa çatıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol