• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə prezidentinin Azərbaycan səfəri təxirə salındı

Türkiyə prezidentinin Azərbaycan səfəri təxirə salındı
14.03.2016 23:49
Prezident İlham Əliyevin təklifiylə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı Ankarada keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri növbəti dəfə təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb. 

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktından sonra qardaş ölkəylə həmrəylik nümayiş etdirərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da terrorla mübarizə məsələsində Türkiyəylə həmrəylik nümayişinə görə təklifi qəbul etdiyi və bu jestinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdiyi bildirilib.

Bu baxımdan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Ankarada keçiriləcəyi və Prezident İlham Əliyevin Türkiyəyə səfər edəcəyi qeyd olunub. 

Qeyd edək ki, R.T.Ərdoğan bu il fevralın 17-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Ancaq fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror aktı ilə əlaqədar bu səfər təxirə salınmışdı. Həmin qanlı hadisə nəticəsində isə 29 nəfər həyatını itirmiş, 61 nəfər yaralanmışdı. Ötən axşam Türkiyənin paytaxtı Ankarada yenə terror aktı törədilib, 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol