• $
  • €
  • ₽
  • ₺
  • £

​Türkiyə və Azərbaycan liderlərinin görüşünün gündəliyi açıqlandı

​Türkiyə və Azərbaycan liderlərinin görüşünün gündəliyi açıqlandı
15.03.2016 11:26
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü və səfər proqramı açıqlanıb.

"Report" Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək görüş keçirəcək.
Bunun ardınca Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayacaq.

Bu toplantıdan sonra tərəflər arasında sənədlərin imzalanma mərasimi və dövlət başçılarının birgə mətbuat konfransı keçiriləcək.

Tədbirlərin hamısı Türkiyə Prezidentliyi Kompleksində (Cumhurbaşkanlığı Külliyesi) olacaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə, o səfərini təxirə salıb.

Azərbaycan Prezidenti Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktından sonra qardaş ölkəylə həmrəylik nümayiş etdirərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə məsələsində Türkiyəylə həmrəylik nümayişinə və bu jestinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol