• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Parlamentinin deputatı: "Azərbaycandan üzr istəməliyik"

Avropa Parlamentinin deputatı: "Azərbaycandan üzr istəməliyik"
16.03.2016 12:55
"Şərq tərəfdaşlığı" proqramı məntiqi olaraq çıxmaz vəziyyətə düşüb.
 
APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin "rubaltic.ru” analitik portalına müsahibəsində deyib.
 
O qeyd edib ki, "Şərq tərəfdaşlığı"na daxil olan 3 ölkə - Ermənistan, Azərbaycan və Belarus Avropa İttifaqının ancaq dünyada sülhlə bağlı çağırışlarını dəstəkləməyə hazır olduğunu bildirib.
 
"Azərbaycanı incitdiyimiz üçün o, bizimlə parlamentlərarası əlaqələr çərçivəsində bütün əməkdaşlığı dayandırdı. Ukrayna, Gürcüstan, Moldova isə Avropa İttifaqı ilə assosiasiya sazişi imzaladı və bundan sonra "Şərq tərəfdaşlığı" məntiqi olaraq çıxmaz vəziyyətə düşdü”, - deyə o qeyd edib.
 
Yeni proqram hazırlanmalı olduğunu deyən deputat ilk növbədə Azərbaycanla münasibətlərin düzəldilməsinin vacibliyini vurğulayıb: "Birincisi, gəlin Azərbaycandan üzr istəyək. Azərbaycanda insan haqları, media azadlığı ilə problemlər ola bilər, lakin biz Avroparlament olaraq bunu Bakıya təhqiramiz formada çatdırdıq. Azərbaycan üçün yeni nəsə fikirləşmək lazımdır. Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir? Təkcə ucuz qaz mənbəyidir? Yoxsa, biz hələ də hesab edirik ki, Azərbaycan Cənubi Qafqazda böyük, vacib aktordur və biz bu ölkəyə terrorizmlə mübarizə və s. məsələlərdə etibar edirik?
 
Biz - Avropa İttifaqı ölkələri "Şərq tərəfdaşlığı"na daxil olan ölkələrdən nə istədiyimizi müəyyənləşdirə, "Şərq tərəfdaşlığı”nın hazırkı formasında postsovet ölkələrinə nə isə verə bilmirik”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol