• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev: Ermənistanın məqsədi vəziyyəti qəsdən gərginləşdirməkdir

Hikmət Hacıyev: Ermənistanın məqsədi vəziyyəti qəsdən gərginləşdirməkdir
28.03.2016 15:43
"Bir zabitimiz və əsgərimiz şəhid oldu”.

Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsinə dair ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik matrın 18-də, ATƏT sədrliyinin xüsusi nümayəndəsi və Minsk Qrupunun həmsədrləri isə msrtın 21-də birgə bəyanatla çıxış ediblər.

Novruz və Pasxa bayramlarının ruhuna uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin çağırışına Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət reaksiya verildi.

Lakin Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu çağırışın ruhuna zidd olaraq təxribatçı əks münasibət ifadə edildi, Ermənistan Xarici İşlər Nazirliyi rəsmiləri tərəfindən isə danışıqlar prosesinin mahiyyətini yenə də təhrif edən hərbi avantüra xarakterli ziddiyyətli açıqlamalar verildi. 

Eləcə də Ermənistan tərəfindən qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi və ağır atəş vasitələrindən istifadə edərək, atəşkəsin intensiv şəkildə pozulmasına xidmət edən əməllərin  törədilməsi davam etdirildi.

Bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan tərəfinin bu qəbildən olan sonuncu təxribatçı əməli 27 mart tarixində baş verib və hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti və bir əsgəri şəhid olub.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın əsl məqsədi vəziyyətin qəsdən gərginləşdirilməsi ilə münaqişənin danışıqlar yolu ilə həllinə və qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun dəyişdirilməsinə imkan verməmək, Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq, gərginliyin yaranması və atəşkəsin pozulmasının əsas səbəbidir”, - deyə H.Hacıyev bildirib.

O vurğulayıb ki, münaqişənin həllində irəliləyişə nail olmaq və davamlı atəşkəsi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır:

"Əks təqdirdə, yaranmış vəziyyətə görə bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol