• $
  • €
  • ₽
  • ₺
  • £

Vaşinqton sammitində Azərbaycan və Ermənistan prezidentləri görüşəcək?

Vaşinqton sammitində Azərbaycan və Ermənistan prezidentləri görüşəcək?
29.03.2016 10:43
ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır.

Bu barədə "Report"a ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

"Hazırda prezidentlərin Vaşinqtonda görüşü barədə heç bir plan yoxdur. Bununla belə, bu il prezidentlər arasında aktiv dialoqun aparılmasına vasitəçi olmağa hazırıq. Digər həmsədrlərin adından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişini müzakirə etmək üçün tərəflərlə görüşlər keçirməyi planlaşdırıram", - deyə C.Uorlik vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-i diplomatik mənbələrə istinadla vasitəçilərin Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını bildirmişdi.

Onu da əlavə edək ki, 2015-ci il dekabrın 3-də ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda dövlət başçısını 31 mart - 1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etmişdi.

Ermənistan prezidenti Serj Sarqsyan da sammitdə iştirak etmək üçün dəvət alıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol