• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ yəhudilərindən Bakı ilə bağlı Konqresə müraciət

ABŞ yəhudilərindən Bakı ilə bağlı Konqresə müraciət
31.03.2016 13:44
Cənubi Kaliforniya Universitetinin kollecinin ravvini Yonah Bokşteyn və onun həmkarları ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayana məktubla müraciət ediblər.

Məktubda Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinin vacibliyi qeyd edilir. Trend-in məlumatına görə, məktub ABŞ-ın "Jewish Journal" nəşrində dərc edilib.

Y.Bokşteyn məktubda yazır: "Dostumuz və müttəfiqimiz Azərbaycana zərər verə biləcək istənilən fəaliyyətdən dərin narahatam".

Onun sözlərinə görə, 2015-ci ildə multikulturalizm və tolerantlıq məsələləri üzrə beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana səfəri zamanı bu ölkənin təcrübəsinə heyrətlənib: "Müsəlman çoxluğun olduğu ölkə kimi Azərbaycan minlərlə yəhudinin evidir. Hamımız ümid edirik ki, Azərbaycan çiçəklənməyə və inkişaf etməyə davam edəcək və Amerikada olan demokratiya səviyyəsinə çatacaq. Lakin bu, bir neçə qısa il ərzində baş verməyəcək. Biz və müttəfiqlərimiz Azərbaycana qarşı sanksiyalar həyata keçirsəydi, bu, Amerika, İsrail və yəhudi icması üçün ikiüzlülük və zərərli olardı".

O bildirib ki, ABŞ-ın əsas müttəfiqlərindən olan Səudiyyə Ərəbistanı yəhudilərə ölkə vətəndaşı olmağa icazə vermədyi halda, Azərbaycan hökuməti Bakıda sinaqoqlar və yəhudi məktəbləri tikir: "Küveytdə israillilər hətta dövlət aviaşirkətində uça bilmirlər, lakin Bakı və Təl-Əviv arasında birbaşa reyslər var. Lakin heç kəs bu ölkələrə qarşı sanksiya tətbiq etməyə tələsmir".

Məktubda vurğulanır ki, dostluq yəhudilər üçün vacib amildir və ABŞ-ın Azərbaycana münasibətdə siyasətinin şübhələrə deyil, dostluğa, dəstəyə əsaslanması vacibdir: "Əfqanıstan və İraqda ABŞ-ın səylərinin etibarlı tərəfdarı, eləcə də Avrasiyada etibarlı müttəfiqi kimi Azərbaycan özünü güclü tərəfdaş kimi göstərdi".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol