• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: “31 martda baş verənləri gələcək nəsillərə çatdırmalıyıq”

Əli Həsənov: “31 martda baş verənləri gələcək nəsillərə çatdırmalıyıq”
31.03.2016 17:08
 "31 mart soyqırımı elə bir gündür ki, bu, Azərbaycanın milli elitasını özünə cəlb etməlidir. Biz baş verənləri gələcək nəsillərə çatdırmalıyıq”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Elmin İnkişaf Fondunun Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşlərinin təqdimatında deyib.

Onun sözlərinə görə, azərbacalılara qarşı ermənilər 200 ildən artıq müddətdə soyqırım həyata keçiriblər: "31 mart soyqırımı haqqında Azərbaycanda hər kəs bilir. Ermənilər azərbaycanlıların torpaqlarını işğal etmək üçün mürtəce dairələrin dəstəyindən istifadə ediblər. 31 mart soyqırımını böyük dövlətlərin dəstəyi ilə ermənilər həyata keçirib. Başda Şaumyanın dəstəsi olmaqla Bakıda və digər bölgələrdə on minlərlə dinc insanları qətlə yetirdilər. Bir dövlətin marağını həyata keçirmək üçün on minlərlə insan qırılırsa, bu, o dövlətin mahiyyətini göstərir. İlk dəfə ümumilli Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımlarını ümumiləşmiş hadisə kimi rəsmiləşdirdi. Beləliklə, 31 mart soyqrımı rəsmi səviyyəyə çatdırıldı. 1905-1918-ci illərdə Azərbaycanın onlarla kəndi dağılıdılıb”.

Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycanın yürütdüyü siyasət öz bəhrəsini verməkdədir: "Azərbaycanda son illərdə bütün sahələrə olduğu kimi tarixin inkiafına da dəstək verilir. Heydər Əliyev Fondunun və onun rəhbəri millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə çoxsaylı tədbirlər keçirilib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət” kampaniyası çərçivəsində xeyli iş görülüb, dünya ictimaiyyəti soyqırımla bağlı məlumat alırlar. Ermənilərin azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünyan məlumatlandırmalıyıq. Azərbaycanda multikultiralizm mövcuddur. Ölkədə tolerantlıq var. Azərbaycan dünyaya çoxmillətli xalqların birgə yaşaması nümunəsini çatdırır”.

O bildirib ki, erməni xalqı mürtəce siyasət yürüdən rejimdən qurtula bilmir: "Onlar, sadəcə, özlərində güc tapıb belə mürtəce rejimdən xilas ola bilmirlər”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol