Ali Məhkəmə ANS-in kassasiya şikayəti üzrə qərarını elan edib

Şikayət təmin edilməyib
Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı qarşılıqlı iddia ilə bağlı məhkəmə qərarından verilmiş kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
"Report"un məlumatına görə, hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərarə əsasən, məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.
MTRŞ-nın idiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:08
Maka Boçorişvili: Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə işi davam etdirir

Siyasət 18:55
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək

Siyasət 18:52
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək

Siyasət 18:45
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir

Siyasət 18:40
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb

Siyasət 18:38
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır

















