Sabah Bakıda Minsk Qrupu həmsədrlərinin görüşü keçiriləcək

ATƏT-in Dağlıq Qarabağın nizamlanması üzrə Minsk Qrupunun həmsədri, ABŞ səfiri Ceyms Uorlik regionda münaqişənin nizamlanması üzrə danışıqlar üçün regiona gəlir.
Virtualaz.org bildirir ki, bu barədə Uorlik öz Ttwitter mikrobloqunda yazıb.
Diplomat bildirib ki, görüşlər aprelin 6-da Bakıda başlayacaq: "Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya aparacaq danışıqlar lazımdır. Səhər görüşmək üçün Bakıya gedirəm".
www.ann.az
























