Rusiya XİN “Lifenews”un jurnalistlərini qərəzli olmaqda ittiham etdi

"KİV hadisələrə obyektiv yanaşmalıdır”.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Lifenews” kanalının jurnalistlərinin Azərbaycandan deportasiya olunması məsələsinə münasibət bildirib.
ANN.Az-ın APA-ya istinadən məlumatına görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, KİV-in işinə hörmət etmək lazımdır:
"KİV-in işi onların redaksiya siyasətinə görə məhdudlaşdırılmamalıdır. Lakin KİV də həmin ölkənin qanunvericiliyinə riayət etməlidir”.
M.Zaxarova Dağlıq Qarabağ münaqişəsini işıqlandıran KİV-i məsuliyyətli olmağa çağırıb:
"KİV hadisələrə obyektiv yanaşmalıdır. Xüsusən, bu cür çoxlu sayda insan itkisi ilə müşayiət olunan münaqişə işıqlandırılan zaman buna daha çox diqqət yetilrməlidir. Münaqişənin işıqlandırılması zamanı hansısa tərəfin mövqeyini müdafiə etmək qəbuledilməzdir. KİV bunun məsuliyyətini dərk etməlidir”.
Rusiya XİN sözçüsü KİV-i baş verən hadisələrə rəng verməməyə, obyektiv olmağa çağırıb:
"Öz ölkələrindən başqa dünyanın bir sıra ölkəsində Azərbaycan və Ermənistan xalqlarının nümayəndələri yaşayır. KİV-in tərəfli mövqeyi onlar arasında milli zəmində qarşıdurmaya səbəb ola bilər”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:08
Maka Boçorişvili: Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə işi davam etdirir

Siyasət 18:55
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək

Siyasət 18:52
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək

Siyasət 18:45
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir

Siyasət 18:40
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb

Siyasət 18:38
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır

















