• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: Qarabağda atəşkəs həm İrəvana, həm Bakıya, həm də Moskvaya lazımdır

Prezident: Qarabağda atəşkəs həm İrəvana, həm Bakıya, həm də Moskvaya lazımdır
08.04.2016 16:10
Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi həm Azərbaycan, həm Ermənistana lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş naziri Dmitri Medvedev ilə danışıqların yekununda bildirib.  

"Münaqişənin tənzimlənməsi – Azərbaycanın marağındadır, əminəm ki, elə Ermənistanın da marağındadır. Rusiya – qonşudur, hər iki ölkə ilə dostdur, o da tez bir zamanda tənzimlənmədə maraqlıdır”, - Əliyev deyib.

Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağda vəziyyətin tənzimlənmə mexanizmləri mövcuddur, amma onlar yerinə yetirilmir.

"Münaqişənin tənzimlənməsi üçün mexanizmlər mövcuddur, BMT-nin Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsi mövcuddur, təəssüf ki, onlar yerinə yetirilmir”, - Azərbaycan rəhbəri deyib.

Rusiya baş naziri Dmitri Medvedevin bəyan etdiyi kimi, Rusiya Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasına maksimal şəkildə sadiqdir, danışıqların alternativi yoxdur.

"Hesab edirəm ki, danışıqlara heç bir alternativ yoxdur, əlbəttə ki, atəşkəsi alqışlayırıq. Ümid edirəm ki, hazırda bərqərar olan sülh uzunömürlü olacaq və tərəflər nizamlama məsələlərini danışıqlar masası arxasında davam etdirəcəklər. Tərəflərin mövqelərini yaxınlaşdıraraq kompromislər axtaracayıq. Çünki heç bir münaqişə bir tərəfin qələbəsi ilə sona çatmır, bu hər zaman mürəkkəb kompromislər toplusudur, bu münaqişəni aradan qaldırmaq və dayanıqlı sülh yaratmaq üçündür”, - Medvedev Azərbaycan prezidenti İlham Əliyev ilə görüşün yekununda jurnalistlərə bildirib.

 "Biz Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasına maksimal şəkildə sadiqik. Bu nəticəni əldə etmək üçün çox ciddi səy göstərmişik. Biz hamımız iştirak etmişik və mən bir zamanlar bununla fəal məşğul olmuşam”,- Rusiya baş naziri əlavə edib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol