• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT-in “üçlüyü” Berlində Qarabağ münaqişəsini müzakirə edib

ATƏT-in “üçlüyü” Berlində Qarabağ münaqişəsini müzakirə edib
13.04.2016 11:50
ATƏT-in "üçlüyü” çərşənbə axşamı Berlində Dağlıq Qarabağ və Ukraynadakı vəziyyəti müzakirə edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ATƏT-in "üçlüyü” təşkilatın baş katibi Lamberto Zanyer ilə birgə bəyanatlarında Donbasda işləyən Xüsusi monitorinq missiyası müşahidəçiləri üçün təhlükəsizliyin təmin edilməsinə və Qarabağ münaqişəsi zonasında təcavüzə son qoyulmasına çağırıb. 

"Nazirlər və baş katib Zanyer tərəfləri ATƏT-in müşahidəçiləri üçün tam təhlükəsizlik, Xüsusi monitorinq missiyasının mandatına və Minsk müqavilələrinə uyğun olaraq münaqişə zonasına məhdudiyyətsiz çıxış təmin olunmasına çağırıb.

Onlar vurğulayıblar ki, missiya mütəxəssislərinə qarşı yönəlmiş fəaliyyət yolverilməzdir”, - görüşün yekun bəyanatında deyilir. 

Dağlıq Qarabağdakı münaqişəyə gəldikdə isə, "üçlük” münaqişə tərəflərini "təcavüzə son qoyaraq atəşkəs rejiminə riayət etməyə” çağırıb, eləcə də vurğulayıb ki, "münaqişənin hərbi yolla həlli mövcud deyil”.

"Üçlüyə” ATƏT-in hazırkı, eləcə də keçən və gələn ilki sədrləri daxildir. Hazırda ATƏT-də Almaniya sədrlik edir, keçən il sədr Serbiya idi, 2017-ci ildə isə sədr Avstriya olacaq. Həmçinin görüşdə ATƏT-in baş katibi Zanyer də iştirak edib.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol