• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA Bürosu Dağlıq Qarabağ münaqişəsi barədə təklifləri qəbul etməyib

AŞPA Bürosu Dağlıq Qarabağ münaqişəsi barədə təklifləri qəbul etməyib
18.04.2016 15:18
Bu gün səhər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk iş günü çərçivəsində qurumun Bürosunda Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş vermiş son gərginliyə dair müzakirə keçirilib.
 
APA-nın Avropa müxbirinin xəbərinə görə, Büronun iclasına Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlər haqda üç sənəd təklif olunub. Bu təkliflərdən ikisini Azərbaycan və Ermənistan, üçüncünü isə Fransa nümayəndə heyəti adında Rene Ruke irəli sürüb. Lakin Büronun iclasında irəli sürülmüş təkliflərdən heç biri qəbul olunmayıb.
 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bu məsələnin Monitorinq komitəsində fəaliyyət göstərən üzv ölkələr arasında münaqişələrə dair alt komitənin iclasında müzakirə ediləcəyini bildirib: "Bildiyiniz kimi, bu gün AŞPA Bürosunun iclasında Dağlıq Qarabağa aid təkliflər qəbul olunmadı, ancaq bu məsələ çox güman ki, AŞPA-nın xüsusi yaradılmış alt komitəsində müzakirə ediləcək. Bilirsiniz ki, Monitorinq komitəsi çərçivəsində üzv ölkələr arasında münaqişələrə dair alt komitə fəaliyyət göstərir və böyük ehtimalla müzakirələr orada gedəcək. Ayrıca AŞPA-nın plenar iclasında müzakirələrin aparılması nəzərdə tutulmur. Azərbaycan heç bir beynəlxalq qanunu pozmayıb. Bu məsələlər hər halda, müzakirə olunmalıdır. Minsk Qrupu artıq hərəkətə gəlib, başqa beynəlxalq qurumlar da bu məsələdə öz mövqelərini ortaya qoyublar”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol