• $
  • €
  • ₽
  • ₺
  • £

BMT baş katibi İlham Əliyevə üzrxahlıq məktubu yazdı

BMT baş katibi İlham Əliyevə üzrxahlıq məktubu yazdı
23.04.2016 17:45
BMT baş katibi Pan Gi-Mun Cənubi Qafqaz regionuna səfərini təxirə saldığı üçün üzrxahlıq edib.
 
APA-nın məlumatına görə, baş katib bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident, mən Sizə və Sizin simanızda Azərbaycan xalqına, Azərbaycan Respublikasına, eləcə də Gürcüstana və Ermənistan Respublikasına səfərimi təxirə saldığım üçün səmimi üzrxahlığımı çatdırmaq istəyirəm. Ötən on il ərzində Sivilizasiyalar Alyansı həm xalqlar arasında, həm onların daxilində qarşılıqlı hörmət və tolerantlığın təşviq etdirilməsində mühüm platformaya çevrilmişdir. Sizin şəxsi mövqeyiniz və liderliyiniz sayəsində Alyansın 7-ci Qlobal Forumu öz gələcək kursunu peşəkarlıqla müəyyən edəcəkdir. Mən Sizinlə birgə şəxsən Qlobal Forumda çıxış etməyimi çox səbirsizliklə gözləyirdim və ümid edirəm ki, Sizə videokonfrans vasitəsilə qoşula biləcəyəm.
 
Səfərim zamanı mən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Birləşmiş Millətlər Təşkilatının Sizə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupuna ən yaxşı dəstək verə biləcəyini Sizinlə və regiondakı digər tərəflərlə müzakirə etməyi planlaşdırırdım.
 
Ümidvaram ki, Siz indiki xüsusi dövrdə qlobal böhranlar səbəbindən mənim Nyu-Yorkda olmağıma anlaşma ilə yanaşacaqsınız. Əfsuslar olsun ki, bəzən baş verən fövqəladə hallar siyasi lider kimi ən böyük arzularımıza və əvvəlki öhdəliklərimizə müdaxilə edir.
 
Ümid edirəm ki, səlahiyyətlərim başa çatmazdan əvvəl Azərbaycan Respublikasına səfərimin reallaşması üçün qarşılıqlı surətdə digər münasib vaxtı müəyyən edəcəyik.
 
Zati-aliləri, mənim üzrxahlığımı, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol