• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhəyanı bölgədə evlər və Şuşa polisinin binası dağıdılıb

Cəbhəyanı bölgədə evlər və Şuşa polisinin binası dağıdılıb
26.04.2016 14:56
İcra başçısı açıqlama verdi.

Ötən gecə cəbhədə baş verən hadisələr zamanı Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb.

Bunu Report-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.

İcra başçısı bildirib ki, ermənilərin atdığı "qrad” mərmisindən biri Şuşa Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının yaxınlığında partlayıb və binaya ciddi ziyan dəyib.

"Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhəri üzrə 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib”, - deyə İcra başçısı bildirib.

İcra başçısı əlavə edib ki, həmçinin rayonun Qazıyan kəndində bir "VAZ 21099” markalı minik maşınına ziyan dəyib və bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol