• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi

Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi
03.05.2016 14:38
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Ermənistan mətbuatında yer alan foto görüntülər tamamilə saxtadır və düşmən tərəfindən Silahlı Qüvvələrimizə qarşı növbəti təxribatdır.

"Şəkildə əks olunan hərbi qulluqçu həqiqətən döyüş əməliyyatlarında iştirak edib. Ancaq top heyətinin komandiri olduğundan bilavasitə ön xətdəki hərbi əməliyyatlara qatılmayıb. Qarşı tərəfə təhvil verilən bütün erməni cəsədləri beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçirilib, baş kəsilmə və meyitlərin üzərində hər hansı digər işgəncə halları qeydə alınmayıb”, - deyə məlumatda qeyd olunur.

Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, Xocalı şəhərində 63 azyaşlı uşağı, xeyli sayda qadın və ahıl insanı amansızlıqla qətlə yetirən və bununla fəxr edən erməni qatillərinin özlərini bizimlə müqayisə etmələri gülüncdür.

"İnsanlığa qarşı vandalizm əməllərini törədənləri qəhrəman etmək yalnız ermənilərə xas olan xüsusiyyətdir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə məlumat yayıb. Fotoları da paylaşılan həmin hərbçinin ölkə başçısı tərəfindən mükafatlandırıldığı qeyd olunub.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol