• $
  • €
  • ₽
  • ₺
  • £

"İlham Əliyev cəbhə bölgəsinə səfər etməklə dünyaya çox əhəmiyyətlə mesaj verdi"

"İlham Əliyev cəbhə bölgəsinə səfər etməklə dünyaya çox əhəmiyyətlə mesaj verdi"
07.05.2016 12:51
"Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri dövlət başçısının vəzifəsinin icrası çərçivəsində baş tutur. Ali Baş Komandanın əsgərlələ görüşməsi onlarda əhval-ruhiyyənin artmasına, döyüş qabiliyyətinin güclənməsinə təsir göstərir". 

"Report" xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. 

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlər zamanı əziyyət çəkmiş, zərər dəymiş insanlarla görüşlər həmin vətəndaşlara prezident tərəfindən göstərilən qayğıdır: "Belə səfərlər bütövlükdə cəmiyyətdəki əhval-ruhiyyənin yüksəldilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Bu bir daha onu göstərdi ki, Prezident İlham Əliyev döyüş bölgəsində yaşayanlar, səngərlərdə ərazi bütövlüyümüzü qoruyan, torpaqlarımızı düşmən işğalından azad etmək üçün canlarından keçməyə hazır olan əsgərlərimizlə bir yerdədir. Dövlət başçısı onlarla görüşməklə həmin insanlarla bir yerdə olduğuna dair cəmiyyətə mesaj verdi". 

Ə.Əhmədov hesab edir ki, Prezident İlham Əliyevin cəbhə bölgəsinə etdiyi səfərlər, keçirdiyi görüşlər xalq və iqtidar birliyinin bariz nümunəsidir: "Bunun beynəlxalq əhəmiyyəti də var. Prezident İlham Əliyev bununla bütün dünyaya çox əhəmiyyətlə mesaj verdi və göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandan başda olmaqla öz torpaqlarını işğaldan azad etmək üçün hazırdır, bu yolda hər bir addımı atmağa qüdrəti çatır. Hətta ölümə getmək lazım olsa belə buna hazırdır. Bütün bunlar beynəlxalq ictimaiyyətə ünvanlanan əhəmiyyətli mesajdır".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol