• $
  • €
  • ₽
  • ₺
  • £

Dağıstanın başçısı: Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir

Dağıstanın başçısı: Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir
12.05.2016 21:22
"Azərbaycan dərin mədəniyyətə və ənənələrə malik sürətlə inkişaf edən dövlətdir. Bu ölkənin təcrübəsi nümunə ola bilər".

"Report"un verdiyi xəbərə görə, bu barədə Dağıstanın başçısı Ramazan Abdulatipov jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın iş adamları Dağıstan iqtisadiyyatına böyük maraq göstərir, Dağıstan da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

R.Abdulatipov "Report"un ikitərəfli əməkdaşlıq üçün perspektiv sahələr haqda sualını şərh edərkən bildirib ki, bu sahələrə ASK, logistika və turizm aiddir.

"Zənnimcə, gələcəkdə biz turizm sahəsində də aktiv əməkdaşlıq edəcəyik. Rusiyanın müxtəlif regionlarından və xaricdən turistlərin cəlb edilməsi üçün birgə strukturlar yaratmalıyıq", - deyə Dağıstanın başçısı söyləyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox layihələr sənaye sektorundadır: "Buna misal olaraq xalçaçılığı göstərmək olar. Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir".

Mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa toxunan Dağıstanın başçısı tarixi keçmişi nəzərə alaraq aktiv əməkdaşlığın vacibliyini qeyd edib: "Biz yaxın xalqlarıq, bir-birimizi asanlıqla anlayırıq, dinimiz eynidir". 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol