• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Tərtərin əkin sahələrini mərmi atəşinə tutdular

Ermənilər Tərtərin əkin sahələrini mərmi atəşinə tutdular
14.05.2016 11:20
Bu gecə atılan 10-na yaxın mərminin çoxu əkin sahələrinə düşüb.

Bu gecə Tərtərə 10-a yaxın mərmi düşüb. ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi atəşə tutulmağa başlayıb. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilib, qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirilib. Lakin gecə saatlarında rayonda nisbi sakitlik olub. 

Avtomat və pulemyotlardan atəş açılsa da ağır artilleriya silahlarından istifadə edilməyib. Atışmalar qısamüddətli olub. Kəndlərə ziyan dəyməyib. 

Məlumata görə, atılan 10-na yaxın mərminin çoxu əkin sahələrinə düşüb. Sakinlər bildiriblər ki, əkin sahəsinə düşən mərmilərdən birinin partlama ehtimalı var. Əraziya ANAMA əməkdaşlarının baş çəkəcəyi bildirilir.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz mayın 13-ü saat 18.20-dən başlayaraq 14-ü saat 01.50-dək minaatanlardan intensiv olaraq atəşə məruz qalıb.

Ümumilikdə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub. 

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqeləri və səngərlərinə 124 dəfə cavab zərbəsi endirib.

Ermənilərin Ağdamda dağıtdığı ev (28.04.2016)

Aprel müharibəsindən sonra Qarabağ münaqişəsi tərəfləri arasında qarşılıqlı atəşkəs barədə razılıq əldə edilsə də ermənilər hər gün bu anlaşmanı pozur və mövqelərimizi atəşə məruz qoyurlar. 

Aprelin sonunda təmas xəttində vəziyyət yenidən gərginləşib. Nəticədə ermənilərin açdığı atəşlə iki mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. Tərtər, Ağdamda onlarla evə, ictimai binaya ziyan dəyib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol