• $
  • €
  • ₽
  • ₺
  • £

Zərdüşt Əlizadə Qarabağda yeni döyüşlərdən danışdı

Zərdüşt Əlizadə Qarabağda yeni döyüşlərdən danışdı
17.05.2016 20:31
Məşhur azərbaycanlı politoloq Zərdüşt Əlizadə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münaqişənin dinc yolla həll etmək üzrə davam edən danışıqlardan müsbət nəticə gözləmir.

Oxu.Az xəbər verir ki, bu barədə politoloq "İnterfaks” agentliyinə verdiyi müsahibəsində bildirib.

"Mən danışıqlardan konkret olaraq müsbət heç nə gözləmirəm. Danışıqların məqsədi aydındır – bu münaqişəni dondurmağa və problemin mahiyyətinin dəyişməz olaraq saxlamağa cəhddir. Rusiya da bu mövqedən çıxış edir”, - ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşünü şərh edərkən  Z.Əlizadə bildirib.

Politoloqun sözlərinə görə, Kreml uzaq başı danışıqların formatını müəyyən şəkildə dəyişməyə hazırdır.

Politoloq, həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsində digər vasitəçilərin – Fransa və ABŞ-ın da fəaliyyətini səmimi hesab etmir.

"Fransa və ABŞ-a gəldikdə isə onlar sadəcə münaqişədən faydalanmaq istəyirlər və faydalanırlar da”, - o deyib.

Z.Əlizadə Ermənistan-Azərbaycan münaqişəsi xəttində vəziyyətin cari ilin aprel ayının əvvəlində olduğu kimi yenidən gərginləşməsini istisna etmir.

"Təbii ki, bu, təkrarlana bilər”, - o vurğulayıb.  

Politoloqun fikrincə, işğal edilmiş bir sıra rayonların Azərbaycana qaytarılması sadəcə söhbətdir.

Z.Əlizadə hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsini gələcəkdə, 70 ilə yaxın həll edilməyən ərəb-İsrail məsələsinin taleyi gözləyə bilər. Bundan başqa onun fikrincə, vasitəçilər xalq diplomatiyasının yürüdülməsinə mane olurlar.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol