• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycanda hərbi baza qura bilər? - ŞƏRH

Türkiyə Azərbaycanda hərbi baza qura bilər? - ŞƏRH
29.04.2016 13:56
Bir müddət öncə - cəbhədə vəziyyət gərginləşəndən sonra Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı mövzu yenidən gündəmə gəldi.

Bu məsələni ANN.az-a şərh edən politoloq Ərəstun Oruclu bildirib ki, belə bir bazanın qurulması mümkün deyil: "Türkiyənin Azərbaycanda hərbi baza qurması mümkün deyil. Çünki Türkiyə NATO ölkəsidir və ondan icazəsiz bunu edə bilməz. BU hərbi bazanın Azərbaycanda yerləşdirilməsi qeyri-mümkündür. Buna mane olan bir çox amillər var. Ən əsası Azərbaycanın Hərbi doktirinasında və Milli Təhlükəsizlik doktrinasında göstərilib ki, ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası yerləşdirilə bilməz. Bu və bundan başqa bir çox manelər var".

Politoloq Elxan Şahinoğlu isə öz şərhində Türkiyənin Azərbaycana hərbi baza yerləşdirməsini mümkün hesab edir: "Rusiyanın ölkəmizə təzyiqi ilə yanaşı, Dağlıq Qarabağ separatçılarına hərbi dəstəyinin aşkarlanması halında Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı rəsmi Bakının Ankara ilə təmaslara başlaması vacib olacaq. Bu o deməkdir ki, Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirib-yerləşdirməyəcəyi Moskvanın ölkəmizə yönəlik siyasətindən asılı olacaq. Məsələn, Ermənistan yenə Naxçıvana qarşı təxribata əl atsa, ilk olaraq Türkiyənin Naxçıvanda hərbi bazası qurulmalıdır ki, düşmən və onun dəstəkçisi yerini bilsin.

Bəziləri deyirdilər ki, Türkiyə NATO üzvüdür və guya bu qurumun kollegial qərarı olmadan təşkilata üzv olmayan ölkədə hərbi baza yerləşdirilə bilməz. Baş nazir Əhməd Davudoğlu dünən Qətərə səfəri zamanı elan etdi ki, Türkiyə Qətərdə hərbi baza qurub. Bu iki dövlət arasında bir müddətdir aparılan danışıqların məntiqi nəticəsidir. NATO üzvü Türkiyə Qətərdə hərbi baza yerləşdirirsə, müxtəlif təhlükələrlə üzləşən strateji müttəfiqi olan Azərbaycanda niyə yerləşdirməsin?"

Rəşid Mustafazadə
ANN.Az



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol