• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfiri: İyun görüşü münaqişənin həllinə gətirib çıxara bilər

ABŞ səfiri: İyun görüşü münaqişənin həllinə gətirib çıxara bilər
18.05.2016 16:38
"Hər iki tərəf 1994-1995-ci il razılaşmalarına sadiqliklərini təsdiqləyib”.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ hökuməti Ermənistan və Azərbaycan prezidentlərinin iyunda baş tutacaq mümkün görüşünün hamımızın can atdığı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasına gətirib çıxaracağına ümid edir.

Oxu.Az "news.am”a istinadən xəbər verir ki, bu barədə Yerevanda keçirilən ABŞ-Ermənistan biznes konfransı çərçivəsində jurnalistlərlə söhbət zamanı ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Mills bildirib.

Diplomatın qiymətləndirməsinə görə, Vyanadan gələn xəbərlər ümidvericidir.

"Bu, nailiyyət idi, belə ki, hər iki tərəf 1994-1995-ci il razılaşmalarına sadiqliklərini təsdiqləyib”, - Mills vurğulayıb.

Təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılması ilə bağlı qəbul edilən qərarın müsbət qiymətləndirilməli olduğunu söyləyən səfir, bunun tərəflərin xoş iradə və hazırlıqlarının göstəricisi olduğunu bildirib.

"Minsk qrupunun həmsədrləri ardıcıl xətt yeritməyə və hazırkı tendensiyanı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”, - Riçard Mills qeyd edib.

Xatırladaq ki, mayın 16-da Vyanada Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə naziri dövlət katibi Harlem Dezirin və ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin görüşü baş tutub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol