• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Suma Çakrabartini qəbul etdi

İlham Əliyev Suma Çakrabartini qəbul etdi
29.05.2020 04:21
Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Suma Çakrabartini yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu vəzifəyə təkrar seçilməsini gördüyü işlərə verilən qiymət kimi dəyərləndirərək ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirməkdə ölkəmizin maraqlı olduğunu deyən dövlət başçısı bildirib ki, bu bank ilə əməkdaşlıq Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfəsini verib.

Avropa Yenidənqurma və İnkişaf Bankının özəl sektora yönəltdiyi sərmayələrə toxunan Prezident İlham Əliyev bunu bank tərəfindən bu sektorda vəziyyətin düzgün qiymətləndirilməsi kimi izah edib və həmin sərmayələrin özəl sektorun inkişafı üçün əlavə maliyyə imkanları yaratdığını deyib.

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.

Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində ölkəmizin verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Suma Çakrabarti rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini məmnunluqla vurğulayaraq son illər özəl sektora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını deyib. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ölkəmizdə aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 70 faizinin özəl sektorun payına düşdüyünü vurğulayan Suma Çakrabarti maliyyələşdirdikləri 9 layihədən 8-nin qeyri-neft sektoruna aid olduğunu deyib.

Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol