• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda demokratiya inkişaf edib, bütün azadlıqlar təmin olunub"

"Azərbaycanda demokratiya inkişaf edib, bütün azadlıqlar təmin olunub"
27.05.2016 17:46
"Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan sovetlər birliyinin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil, neft sahəsində müəyyən irəliləyişlər olub".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev "Buta" sarayında Azərbaycanın milli bayramı- Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

Dövlət başçısı ulu öndər Heydər Əliyev birinci dəfə respublikada rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb.
Müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edən Prezident İlham Əliyev ümummilli liderin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu, azərbaycançılıq ideologiyasının bərqərar olduğunu vurğulayıb.

"2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyevin yolu ilə gedir"- deyən dövlət başçısı xalqımızın bir amal ətrafında birləşdiyini, Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyasının təmin edildiyini, beynəlxalq nüfuzumuzun artdığını, qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini bildirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda quruculuq prosesi davam etdiriləcək, bundan sonra da ölkədəki sabitlik və təhlükəsizlik təmin olunacaq.
Xalq-iqtidar birliyinin möhkəmləndiyini, demokratiyanın inkişaf etdiyini, bütün azadlıqların təmin olunduğunu vurğulayan dövlət başçısı deyib ki, ölkəmizə münasibətdə müşahidə olunan ikili standartlara son qoyulmalıdır.

Bu il Azərbaycanda "Multikulturalizm ili"nin elan edildiyini, indiki şəraitdə bunun dünyaya bir mesaj olduğunu deyən prezident onu da qeyd edib ki, xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunur. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol