• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Azərbaycan daim Əfqanıstanın yanında olacaq

İlham Əliyev: Azərbaycan daim Əfqanıstanın yanında olacaq
30.05.2016 15:41

Azərbaycan prezidenti İlham Əliyev mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib. 

Oxu.Az-ın məlumatına görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfərini xatırlayan dövlətimizin başçısı səfərin uğurlu və səmərəli keçdiyini qeyd edib. 

Prezident hər iki ölkənin dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərin qurulduğunu deyib. Əfqanıstan prezidenti ilə apardıqları müzakirələrə toxunan dövlət başçısı Məhəmməd Əşrəf Qaninin Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi və ölkənin inkişafının davam etdirilməsi istiqamətində atdığı addımların, o cümlədən Əfqanıstanın gələcəyi ilə bağlı fikirlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən prezident İlham Əliyev Azərbaycanın daim Əfqanıstanın yanında olacağını qeyd edib.

Dövlət başçısı Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin, eləcə də əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsi baxımından önəmini vurğulayıb.

Öz növbəsində, Mohammad Xanif Atmar deyib ki, ölkəsinin prezidenti Azərbaycan prezidentinin İslam ölkələri birliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamətdəki fəaliyyətini minnətdarlıqla qeyd edir.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol