• $
  • €
  • ₽
  • ₺
  • £

Ştaynmayer: Avropa Rusiyasız keçinə bilməz

Ştaynmayer: Avropa Rusiyasız keçinə bilməz
31.05.2016 10:50
Minsk razılaşmalarının həyata keçirilməsi prosesində Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların mərhələli şəkildə ləğv edilməsi barədə düşünmək lazımdır, bununla yanaşı, heç kim Moskvanı "diz çökdürməkdə” maraqlı deyil.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Berlində Almaniya-Rusiya forumunda bildirib.

Ştaynmayer hesab edir ki, Almaniya Rusiya ilə münasibətlərdə yaranan gərginliyi aradan qaldırmaq üçün hər şey etməli və bununla yanaşı, öz mövqelərini qoruyaraq onunla dialoq qurmalıdır.  

Nazir qeyd edib ki, heç kim Rusiyanın iqtisadi zəifliyində maraqlı deyil.

"Sanksiyalar – qarşıya qoyulan məqsəd, tərəfdaşı diz çökdürmək üçün vasitə deyil”, - o deyib.
Almaniyanın XİN rəhbəri, həmçinin heç bir beynəlxalq münaqişənin Rusiyanın iştirakı olmadan həll edilə bilməyəcəyini bildirib.

"Avropada təhlükəsizliyə yalnız burada olan münaqişələr təhdid yaratmır. İraq, Liviya, Suriya – bu siyahını davam etmək olar... Münaqişələrin struktur və iştirakçılarına nəzər salsaq, meydana – Rusiyasız alınmadığı nəticəsi çıxır. Və Rusiya ilə bir çox şeylər yaxşı alınacaq ümidi var”, - Ştaynmayer bildirib və İran ilə nüvə sazişinin həyata keçirilməsində uğuru xatırladıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol