• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: “Rusiyanın mövqeyində yumşalma görürük”

Əli Həsənov: “Rusiyanın mövqeyində yumşalma görürük”
20.06.2016 13:15
"Avropada qaçqın problemi çox ciddidir. Bu problem bəlkə də kulminasiya nöqtəsinə çatıb. Azərbaycan dövləti bu problemin həllinə sistemli yanaşıb, Avropa istəyərsə, bizim təcrübəmizdən yararlana bilər”.
 
APA-nın məlumatına görə, bu sözləri Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
 
Ə. Həsənov bu ilin aprelində Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatın qarşısının alındığını, 2-4 apreldə Azərbaycan Silahlı Qüvvələrinin torpaqları azad etməyə hazır olduğunu ortaya qoyduğunu söyləyib: "Mən həmişə ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid etmişəm. Amma son dövrlər münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük. İndi Ermənistanda Rusiyaya qarşı çıxışlar etməyə başlayırlar. İrəvanda İkinci Dünya müharibəsində faşist rejiminə xidmət etmiş şəxsin heykəlini qoyublar. Bu gün Rusiya prezidentinin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü var. Ümid edirik ki, bu görüşdə irəliləyiş olacaq, proqnozlar da bunu göstərir. İnanırıq ki, Rusiya prezidenti obyektiv mövqe ortaya qoyacaq. Bu, gec-tez olmalı idi, daim belə qala bilməzdi, haqq-ədalət öz yerini tutur. Biz münaqişənin obyektiv həllini gözləyirik. Azərbaycan prezidenti erməni anlarının da gözüyaşlı qalmasını istəmədiyini bildirib, biz sülh tərəfdarıyıq. Ancaq Ermənistan prezidenti Serj Sarkisyan biri neçə il əvvəl erməni gəncləri ilə görüşdə dedi ki, Dağlıq Qarabağı aldıq, siz gənclər də Ağrı dağını alarsınız. Belə insanla necə Qarabağ problemini həll etmək olar?! Təsəvvür edirsiniz ki, bizim prezidentin Serj Sarkisyanla oturması necə çətindir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol