• $
  • €
  • ₽
  • ₺
  • £

Savçenko AŞPA-da çıxış etdi

Savçenko AŞPA-da çıxış etdi
29.05.2020 09:27
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının birinci iş günündə ukraynalı parlamentar Nadejda Savçenko qurumun plenar iclasında çıxış edib.
 
APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA üzvü olan xanım Savçenko Rusiyada həbsdən azad edildikdən sonra bu gün ilk dəfə AŞPA-nın toplantısına qatılıb və müstəsna hal kimi 2 dəqiqəlik nitq söyləyib.
 
N. Savçenko azadlığa çıxması üçün ona yardım etmiş AŞPA üzvlərinə təşəkkürünü bildirib: "Mənim burada çıxış edə bilməyim həm də sizin sayənizdə gerçəkləşib. Mənim azadlığım naminə mübarizə aparmış və Ukraynanı dəstəkləyən bütün hər kəsə təşəkkürümü bildirirəm. Bizim sizinlə baxışlarımız eyni istiqamətə yönəlib. Ukrayna sülh, irəliləyiş və Avropa istiqamətində can atır. İlk olaraq, onu demək istəyirəm ki, mən burada sülh və barışıq naminə işlərimi davam etdirəcəyəm və fəaliyyətim zamanı əlimdən gələni edəcəyəm ki, bizim əməkdaşlığımız səmərəli olsun”.
 
N. Savçenko Rusiyada həbsdə saxlanılan digər ukraynalıların da azad edilməsi üçün AŞPA-nı Rusiyaya təzyiq göstərməyə çağırıb: "Rusiya məni 22 il həbsdə saxlamaq istəyirdi, amma biz bunu istəmədik və əlimizdən gələn hər şeyi etdik. Mən sizin aranızda olmağıma çox şadam”.
 
Ukraynalı parlamentar, eyni zamanda, Rusiyanın yenidən AŞPA-da təmsil olunmasına qarşı çıxaraq bu dövləti assambleyanın digər üzvlərinin hüquqlarını pozmaqda ittiham edib. O, sonda heç kəsə Rusiya kimi qonşu arzu etmədiyini və Rusiya ilə qonşu olan ölkələrin bundan əziyyət çəkdiklərini söyləyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol