• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir və edilir”

İlham Əliyev: “Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir və edilir”
21.06.2016 18:02
"İş yerlərinin açılması prosesi daim getməlidir. Baxmayaraq ki, son illər Azərbaycanda böyük işlər görülüb, əhali artır”.
 
APA-nın məlumatına görə, bunu Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı bildirib ki, əhalinin artması da iqtisadi inkişafın təzahürüdür: "Çünki insanlar daha da yaxşı yaşayır və demoqrafik vəziyyət yaxşılaşır. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı demoqrafik inkişafa uyğun şəkildə inkişaf etməlidir. Ona görə də iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər 1 milyondan çox iş yeri yaradılıb, biz daim bu məsələni diqqətdə saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir. Dövlət və özəl sektor sərmayə qoymalıdır. Bu istiqamətdə son vaxtlar ciddi addımlar atılır, islahatlar dərinləşir. Beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir. Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır, ictimai infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, ictimai binalar tikilir, parklar yaradılır. Ölkənin hər yerində qanunun aliliyi təmin edilməlidir və edilir. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində, o cümlədən Nardaran qəsəbəsində çox gözəl şərait olsun. Nardaranda bu son aylar görülən işlər göz qabağındadır. Buna şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış məskənidir, burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin sakit yaşaması üçün Azərbaycan dövləti hər şey edir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol