• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə qalmasın”

Prezident: “Çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə qalmasın”
21.06.2016 18:04
 "Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yeniləşməsində çox əlamətdar bir gündür, daxili yolların təmiri başa çatıb”.
  
 
APA-nın məlumatına görə, bunu bu gün Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev söyləyib. 
 
 
Dövlət başçısı deyib ki, bir müddət əvvəl Nardaran sakinləri ona müraciət edib, qəsəbəyə dəvət ediblər: "Mən hesab etdim ki, əliboş gəlməyim, o vaxt gəlim ki, bu yollar hazır olsun. Bu gün də bu yollar açılır. Mən çox şadam ki, bu yollar gözəl görkəm alıb. Həm Maştağa-Bilgə yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub. Yollar genişlənib, köçürülmüş evlər üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işdə yerli qəsəbə sakinləri də iştirak ediblər. Azərbaycanın hər bir yeri, qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı sürtələ gedir, bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik, qaz, su təchizatı yaxşılaşır. Bu infrastruktur layihələrinin böyük əksəriyyəti icra edilib”.
 
 
Prezident İlham Əliyev bildirib ki, yol infrastrukturu kanalizasiya xətlərinin çəkilişi ilə uzlaşmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə də qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq ”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol